Xəbərlər
Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyi sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Martın 14-də Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Haftoni qəsəbəsində, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə isə Şəkidə sahibkarlar üçün treninqlər keçirilib.
“Mövcud və yeni ixrac bazarlarına cıxış imkanları”, “Kənd təsərrüfatında logistika”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” mövzularını əhatə edən treninqlərdə ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılar üçün güzəştlər və stimullaşdırıcı tədbirlər, ixracyönümlü məhsulların istehsalı, innovativ texnologiyalar, logistik mərkəzlərin yaradılması, biznes planın tərtib edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər və s. barədə məlumat verilib. Tədbir iştirakçılarına həmçinin,  Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ