Xəbərlər
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb

İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

Qeyd edilib ki, Azərbaycan və Tacikistan ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. 2018-ci ilin birinci yarısında Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Görüşdə hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin təşkilinin qarşılıqlı əlaqələrin inkişafında önəmi vurğulanıb.

Görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ